Bəhram Bağırzadə canlı yayıma çıxacaq

Bəhram Bağırzadə canlı yayıma çıxacaq
calendar 30 aprel 2020
clock 10:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi aprelin 30-da canlı efirdə “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə həsr edilən veriliş yayımlayacaq.

Kulis.az xəbər verir ki, veriliş Əməkdar artist, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü, kinoaktyor və rejissor Bəhram Bağırzadənin təqdimatında Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanovanın və yaxın dostlarının, yazıçı, publisist Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızının və ASAN FM Radiosunun rəhbəri, populyar teleaparıcı Emin Musəvinin iştirakı ilə efirə gedəcək.

Proqramda Anar haqqında xoş xatirələr danışılacaq, bu işıqlı şəxsiyyətin görünən və görünməyən cəhətləri, həyat yolu haqqında onun qəlb dostlarının fikirləri səslənəcək.

Anar Məmmədxanovun xatirəsinə həsr olunmuş gecəni Baş İdarənin @bakimedeniyyetidaresi rəsmi “Instagram” hesabından canlı izləyə və əsl ziyalı haqqında fikirlərinizi canlı efirdə paylaşa bilərsiniz.

# 1538 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news