Bu gün Rübabə Muradova anılacaq

Bu gün Rübabə Muradova anılacaq
calendar 21 fevral 2020
clock 09:57

Bu gün Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində Xalq artisti, unudulmaz xanəndə Rübabə Muradovanın xatirəsi anılacaq.

Kulis.az-ın verdiyi xəbərə görə, Heydər Əliyev Fondu tərəfindən Beynəlxalq Muğam Mərkəzinin muzey hissəsində Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə büstü ucaldılan 30 muğam korifeyinin yaradıcılığına həsr edilən layihənin silsilə buraxılışları ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Rübabə Muradovanın büstü də Heydər Əliyev Fondu tərəfindən ucaldılan 30 büst sırasındadır.

Qeyd edək ki, Rübabə Muradova uzun illər Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərib, bu işdə yorulmadan çalışaraq bir-birindən gözəl obrazlar yaradıb. Burada çalışdığı müddətdə teatrın səhnəsində Leyli, Əsli, Xanəndə qız (Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Koroğlu” operaları), Ərəbzəngi (Müslüm Maqomayevin “Şah İsmayıl” operası), Şahsənəm (Zülfü Hacıbəylinin “Aşıq Qərib" operası), Sənəm (Şəfiqə Axundovanın “Gəlin qayası” operası) kimi yaddaqalan obrazlar yaradıb və dinləyici auditoriyasında böyük uğur qazanıb.

# 1637 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news