Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində

Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
calendar 25 fevral 2020
clock 14:08

Bu günlərdə Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin şeirləri Koreyada Respublikasında nəşr olunub.

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü, Koreyanın Donqduk Qızlar Universiteti, Avrasiya Türk Araşdırmaları İnstitutu, KYOVO Deasan Fondu ilə əməkdaşlıq çərçivəsində nəşr olunan kitabı orijinaldan Koreya dilinə tanınmış türkoloq, UNESCO-nun Orta Asiya ölkələri üzrə məsləhətçisi professor Eunkyung Oh tərcümə edib.

Nəfis şəkildə Seuldakı “Munci” nəşriyyatında nəşr olunan kitaba Bəxtiyar Vahabzadənin “Gülüstan”, “İstiqlal”, “Atılmışlar”, “Şəhidlər” poemaları, habelə müxtəlif illərdə qələmə aldığı şeirlərdən seçmələr daxil edilib, həmçinin şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Şeirlər toplusuna “Gülüstan” poeması adının verilməsi təsadüfi deyildir. Bu ad dolayısı ilə Azərbaycanla Koreyanın ortaq tarix yaşamasını səciyyələndirən amil kimi mənalanır.

Qeyd edək ki, Bəxtiyar Vahabzadənin şeirlər toplusu Azərbaycan poeziyasından Koreya dilinə tərcümə olunan ilk kitabdır. /azertag.az/

Gallery

# 2208 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news