Canlı dekorasiya ilə meydan tamaşası olacaq - Azərbaycanda ilk dəfə

Canlı dekorasiya ilə meydan tamaşası olacaq - Azərbaycanda ilk dəfə
calendar 20 iyul 2020
clock 10:30

Mingəçevir Dövlət Dram Teatrı canlı dekorasiya ilə Şamaxıda Kələxana Türbələrində “Apardı Sellər Saranı” xalq dastanının motivləri əsasında hazırlanan “Sara” tamaşasının təqdimatına hazırlaşır.

Bu barədə Kulis.az-a Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Cavid Təvəkkül məlumat verib. Rejissor açıqlamasında onu da qeyd edib ki, bu Azərbaycanda ilk canlı dekorasiya ilə həyata keçirilən tamaşadır:

Növbəti yenilik isə ondan ibarətdir ki, biz tamaşaının təqdimatını internet üzərindən canlı yayım vasitəsilə həyata keçirəcəyik. Tamaşanın qlobal dünya maştabında premyerasını keçirməklə, “Apardı sellər Saranı” dastanını bütün dünya ictimaiyyətinin diqqətinə çatdırmaq niyyətindəyik. Bu epik teatr üslubunda, antik teatr çərçivəsində olan bir janrdır. Teatrının bütün kollektivi bu tamaşada iştirak edəcək təbii ki, karantin qaydalarına riayət olunaraq. Tamaşanın təqdimat tarixi isə Operativ Qərargahın verdiyi qərarlardan asılıdır. Düşünürəm ki, bu həm Azərbaycan teatrı, həm turizmi üçün çox əhəmiyyətli bir addım olacaq. Çünki biz teatrı marketinq ilə sintez edərək, həm regionu, həm də teatrımızın performasını PR etmək niyyətindəyik.”

Qeyd edək ki, tamaşanın ideya müəllifi və rejissoru Cavid Təvəkküldür.

# 2452 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news