Cəlil Cavanşirdən 18+ roman gəldi

Cəlil Cavanşirdən 18+ roman gəldi
calendar 3 dekabr 2019
clock 14:28

Cəlil Cavanşirin “Azğın” adlı yeni kitabı işıq üzü görüb.

Cəlil Cavanşir Kulis.az-a bildirib ki, “Azğın” romanını 2015-ci ilin noyabrnda yazmağa başlayıb və bu ilin noyabr ayında tamamlayıb:

““Azğın” romanı mənim ən başıbəlalı romanımdır. İş prosesində 3-4 dəfə adını dəyişdim, müxtəlif nəşriyyatlardan çap üçün təklif gəlsə də, sonradan kitabdakı açıq-saçıq səhnələrə görə kitabın çapından imtina edildi. Əsla ruhdan düşmədim. Hesab edirəm ki, son 15 ilin ən iddialı romanın müəllifi kimi, kiçik sıxıntılara dözməyə dəyərdi. Nəhayət ki, mənə doğma olan nəşriyyata, sevimli naşirimə üz tutdum. Müzakirələrdən sonra kitabın çapına qərar verdim. İnanıram ki, həm nəşriyyat üçün, həm də müəllif olaraq mənim üçün çox uğurlu bir iş olacaq".

Xatırladaq ki, “XAN” Nəşriyyatında çap olunan kitabın naşiri Müşfiq XAN, redaktoru Hədiyyə Şəfaqət, korrektorları Şahanə Müşfiq və Dürdanə Ramazanlıdır. Kitabın dizayn və qrafikası Fərid Əliyevə, mətn tərtibatı Esmira Kamala məxsusdur.

Gallery

# 3579 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news