Dağıdılan abidələrlə bağlı vətəndaşlara müraciət 

Dağıdılan abidələrlə bağlı vətəndaşlara müraciət 
calendar 13 noyabr 2020
clock 18:07

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vətəndaşlara müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə deyilir:

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri 30 ilə yaxın bir müddətdə Ermənistan Respublikası tərəfindən işğal edilmiş torpaqlarımızı azad edib. İşğal nəticəsində bir milyon nəfərə yaxın azərbaycanlı ata-baba yurdundan didərgin düşüb, ərazidə olan bütün infrastruktur məhv edilib, eləcə də tarix və mədəniyyət abidələrimiz Ermənistan Respublikasının təcavüzkar siyasətinin qurbanına çevrilib.

Ötən müddət ərzində Ermənistan tərəfi qeyri-qanuni fəaliyyətini davam etdirərək Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yerləşən müxtəlif dövrlərə aid daşınmaz tarix və mədəniyyət abidələrinin bir qismini dağıdaraq yox edib, bir qismini mənimsəyib, bir qismini isə vandalizm aktlarına məruz qoyub.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etməsi nəticəsində həmin ərazilərdə yerləşən milli-mədəni irsimiz diqqətdə saxlanılacaq, bərpa olunaraq yenidən xalqımıza qaytarılacaq.

Vandalizmə, dağıntıya və erməniləşdirməyə məruz qalmış tarix və mədəniyyət abidələrinin ilkin görkəminə qaytarılması üçün vətəndaşlarımızı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsünə dəstək göstərməyə çağırırıq. Vətəndaşlarımızdan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş şəhər və rayonlarımızda yerləşən tarix və mədəniyyət abidələrinin və ya həmin abidələrin fonunda çəkilmiş fotoları skan edilmiş formatda Dövlət Xidmətinin rəsmi elektron ünvanına göndərmələri xahiş olunur.

Qabaqcadan milli-mədəni irsimizin bərpa olunaraq yenidən xalqımıza qaytarılması işinə dəstək göstərən hər bir vətəndaşımıza təşəkkürümüzü bildiririk.

Əlaqə üçün:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti

Tel: +994124989427

E-mail: [email protected]"

# 1918 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news