Dənizi dəlitək sevənlər - Yeni şeirlər

Dənizi dəlitək sevənlər - Yeni şeirlər
calendar 14 aprel 2020
clock 13:55

Kulis.az Furqanın yeni şeirlərini təqdim edir.

ulduz falı

ilk dəfə inandı

bürclərin doğruluğuna -

xərçəng bürcü olan

qardaşı

xərçəngə tutulanda...

söyüş

avtobusun

arxa qapısından

pul verməmiş qaçan

uşaq kimi

gizlənirəm həyatdan...

gülümsədiyimi görsə əgər,

arxamca söyər...

qan qardaşı

qazarkən

tərimin axdığı səngərdə

qanı axan şəhidlə

qan qardaşı

sayılırammı mən?!

qazi

müharibə bitəndə

dostunun qanı tökülmüş

torpağı

evə aparan

qazi

heyif ki,

onu çərçivələyib

evin divarından

asa bilməz

şəkil əvəzi...

limon

hər axşam

işdən gələrkən

"axşamınız xeyir" dediyim

limon satan qocanın

üzünə hopur

sata bilmədiyi

limonların rəngi...

"kədərin xeyir, bala,

kədərin xeyir"

kimi eşidilir

bütün dedikləri...

həsrət

dənizi

dəlitək sevənlər üçün

gəmidə olmaq da

həsrətdi elə...

şəhid anası

oğlunun ölümündən

daha çox

bilirsinizmi

nə yandırır onu?!

bilsəydi ki,

oğluyla son dəfə danışır

heç söndürərdimi

telefonu?!

babama

əsasını

həzrəti Musa kimi

atdı babam...

əsa

ilana yox,

məzara dönüb

uddu babamı...

reankarnasiya

sənin yerində

olsaydım

öz yerimə keçərdim...

kölgələr

mən

bəlkə də günəşi

ona görə çox sevirəm ki,

günəş batandan sonra kölgələr

ağacların üstünə çıxır!

kölgələr yerlə sürünəndə

gözəl olurlar axı...

Görüntünün olası içeriği: 1 kişi

# 2946 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news