Dünya şöhrətli orkestr Bakıda konsert verəcək

Dünya şöhrətli orkestr Bakıda konsert verəcək
calendar 29 noyabr 2019
clock 13:50

8 fevral 2020-ci il tarixdə Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti keçiriləcək.

Mərkəzdən APA-ya bildirilib ki, dünya şöhrətli kollektiv bununla Heydər Əliyev Mərkəzində dördüncü dəfə çıxış edəcək. Xatırladaq ki, 2014, 2016 və 2018-ci illərdə təşkil olunan konsertlərin hər biri anşlaqla keçib.

Konsert orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qutun rəhbərliyi ilə olacaq. Proqramda dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” İohann Ştrausun, həmçinin digər Vyana klassiklərinin əsərləri təqdim ediləcək. Tamaşaçıları maraqlı repertuar, peşəkar ifa ilə yanaşı, gözəl bir şou gözləyir.

Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir. Vyana musiqi ənənələrinin qoruyucusu olan kollektiv klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə bütün dünyada şöhrət qazanıb.

Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiyməti 30 AZN-dən 220 AZN-dəkdir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

# 2071 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news