Düşməni kiçiltmək qəhrəmanlıq psixologiyasıdır - Aqşin yazır...

Düşməni kiçiltmək qəhrəmanlıq psixologiyasıdır - Aqşin yazır...
calendar 13 aprel 2021
clock 12:30

Miflərdə, dastanlarda döyüşə gedənlər həmişə düşmənlərini kiçildən, aşağılayan, ələ salan şeirlər, nəğmələr oxuyurdular. Savaş ideologiyalarının hamısında düşmən kiçildilir, aşağılanır.

Düşməni kiçiltmək ölüm qorxusuna meydan oxumaqdır. Heç kim gözündə böyütdüyü düşmənin üzərinə getməyə cəsarət etməz. “Kitabi-Dədə Qorqud”da allahın Qaraca çobanı sürüsünü yağmalamağa gələn Şöklü Məliyin qoşununu belə aşağılayır: “Boş-boş danışma, itim kafir! İtimlə bir yalaqdan yal içən, azğın kafir. Altındakı alaca atını nə öyərsən? Ala başlı keçimcə görünməz mənə!

Başındakı dəbilqəni nə öyərsən, ay kafir?

Başımdakı börkümcə görünməz mənə! Altmış tutam nizəni nə öyərsən, murdar kafir? Qırmızı dəyənəyimcə görünməz mənə!” və s.

300 spartalı da 150 minlik sasani ordusunu eynən bu cür kiçiltmişdi öz gözündə. Hitler düşməni kiçiltmə taktikasının sayəsində o vaxtkı Çexoslavakiyanı bir güllə atmadan işğal etmişdi.

Düşməni böyütmək humanitar düşüncədir, estetikadır, döyüşdə iştirak etməyənlərin, etmək ehtimalı belə olmayanların soyuq kino, roman məntiqidir. Sənət keçmişdəki qorxudur həm də.
Bu gün ermənini gözümüzdə böyütmək, böyük düşmən kimi təqdim etmək gələcək nəsillərin onlara simpatiya ilə yanaşmasına gətirib çıxara bilər. Erməni böyük düşmən zad deyil, rusun Qafqaz siyasəti olmasa, heç əl bulamağa dəyməyəcək qədər gecəqondu bir qövmdir. Onlar üçün “tork” (türk) düşmənliyi şərəfdir. O türk ki, Romanı xaraba qoymasın deyə yalvarmağa gələn Papanı qırmancla döyürdü. Amma bizim ermənidən özümüzə “böyük düşmən” düzəltməyimiz elə erməni səviyyəsinə enməyimiz deməkdir. “İsgəndər M” məsələsinin ortaya atılması, əslində, önümüzdəki düşmənin kim olduğuna işarədir. Erməni bu münaqişədə, bu müharibədə, doğrudan da, bədbəxtliyin, miskinliyin, rəzalətin maketidir.

# 2236 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news