Rusiya Federal Cəzaçəkmə Xidməti həbsxanada cəza çəkən məhbuslar arasında sorğu keçirib.
Kulis.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sorğuda cəzaçəkənlər arasında ən populyar kitabların top-siyahısı tərtib edilib.
Sorğunun nəticələrindən məlum olub ki, həbsxanalarda əsasən uzun romanlar mütaliə edilir. Dustaqların ən sevimli kitabı isə Mixail Bulqakovun "Usta və Marqarita" romanı olub.
- Məşhur aktyor evində ölü tapıldı
- Culiya Robertsə Fransadan fəxri mükafat
- Harvi Vaynşteynə xərçəng diaqnozu qoyuldu
İkinci sırada "Cinayət və cəza", üçüncü sırada isə "Qraf Monte-Kristo" əsərləri qərarlaşıb.
Həmçinin top onluğa "Hərb və Sülh", "Üç müşketor", "Karamazov qardaşları", "Sakit Don", Anna Karenina" və.s. əsərlər daxil olub.