Emir Kusturitsanın konserti olub - Fotolar

Emir Kusturitsanın konserti olub - Fotolar
calendar 30 noyabr 2019
clock 10:52

Noyabrın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi Emir Kusturitsa və onun «The No Smoking Orchestra» qrupunun konserti keçirilib.

Mərkəzdən APA-ya bildirilib ki, tamaşaçılara pozitiv emosiya dolu Balkan musiqiləri və möhtəşəm şou təqdim olunub.

Emir Kusturitsa və qrupu proqramda məşhur mahnı və kompozisiyalarını ifa edib.

Emir Kusturitsa karyerası boyunca müxtəlif sahələrdə populyarlıq və şöhrət qazanıb. Əvvəlcə o, kinorejissor və ssenarist kimi məşhurlaşıb, daha sonra isə özünü istedadlı musiqiçi kimi təsdiqləyib. Çoxşaxəli istedadı və fəaliyyəti Emir Kusturitsanı Balkan mədəniyyətinin simvoluna çevirib.

Emir Kusturitsa 1999-cu ildə «The No Smoking Orchestra» qrupunu yaradıb və onun daimi üzvüdür. O, qrupun tərkibində gitaraçı kimi çıxış edir. «The No Smoking Orchestra» qrupu rok-n-roll, Balkan pank-roku, qaraçı motivləri, türk marşları və Asiya melodiyalarını sintez edir. Kollektiv həmişə tamaşaçılarını təəccübləndirməyi bacarır, izləyicilərin də iştirakı ilə möhtəşəm şou təqdim edir.

# 2079 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news