Entoni Hopkins BAFTA mükafatına layiq görüldü

Entoni Hopkins BAFTA mükafatına layiq görüldü
calendar 12 aprel 2021
clock 09:45

Britaniyalı aktyor Entoni Hopkins “Ən yaxşı aktyor” nominasiyası üzrə Britaniyanın Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) mükafatını qazanıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, aktyor bu mükafatı fransalı rejissor Florian Zellerin çəkdiyi və qocalıq, xəstəlik və uşaqlarla münasibətlərdən bəhs edən dram janrlı “Ata” (“The Father”, 2020) filmindəki roluna görə əldə edib.

Bu, 83 yaşlı E.Hopkinsin üçüncü “Tunc maska”sıdır. Bundan əvvəl, o, “Kölgələr ölkəsi” (“Shadowlands”, 1993) və “Quzuların səssizliyi” (“The Silence of the Lambs”, 1990) filmləri üzrə bu nüfuzlu mükafata layiq görülmüşdü.

Hopkinsin builki əsas rəqibi “Ma Reyni: blyuzun anası” (“Ma Rainey's Black Bottom”, 2020) filmində rol alan və ötən ilin avqustunda 43 yaşında xərçəng xəstəliyindən vəfat edən amerikalı Çedvik Bouzman olub. Mükafata digər namizədlər “Metalın səsi” (“Sound of Metal”, 2019) filmindəki roluna görə britaniyalı Riz Ahmed, “Ağ pələng” (“The White Tiger”, 2020) filminə görə hindistanlı Adarş Qurav, həmçinin “Sərxoş” (“Druk”, 2020) filminə görə danimarkalı Mads Mikkelsen və “Mavritaniyalı” (“The Mauritanian”, 2021) filminə görə fransız Tahar Rahim idi.

# 2034 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news