Fikrət Sadıqın şeirlər kitabı nəşr olundu

Fikrət Sadıqın şeirlər kitabı nəşr olundu
calendar 3 iyun 2020
clock 15:41

Bu günlərdə Fikrət Sadığın 90 illik yubileyi ərəfəsində Xalq yazıçısı Anarın təşəbbüsü ilə tanınmış şairin "Mən ot basmış bir cığıram" adlı kitabı işıq üzü görüb.

AYB-dən Kulis.az-a verilən məlumata görə, “AybKitab” layihəsində çap olunan Kitab “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində yığılıb. Kitabın tərtibçisi və redaktoru Aysel Fikrətdir. Kitabda şairin son illərinə qədər çap olunmayan şeirləri nəşr olunub. Bu şeirlərlə yanaşı, şairin məşhur və sevilən şeirləri də nəşrdə yer alıb.

Kitabda 1954-1959 cu illərə qədər Bakı Dövlət Universitetinin qəzetində çap olunmuş ilk şeirlərindən son kitabına qədər olan seçmə nümunələr verilib. Kİtab bir neçə bölmədən ibarətdir. Birinci bölmədə şairin ilk şeirləri, ikinci bölmədə çap olunmayan şeirləri, üçüncü bölmədə şairin son şeirləri, sonuncuda isə şairin ən çox sevdiyi iki şeir nəşr edilib. Kitab şairin dünyasını dəyişdikdən sonra çap olunan ilk kitabdır.

Qeyd edək ki, Fikrət Sadıq Azərbaycan ədəbiyyatının sevilən, seçilən şairlərindən biri olub. 60-cı illərdən Rəsul Rzanın xeyir duası ilə ədəbiyyata gələn şairin son günlərinə qədər Azərbaycan Ədəbiyyatının inkşafında böyük rolu olub. Onun tərcümələri, fəlsəfi şeirləri, uşaq şeirləri, dillər əzbəridir. Şair ömrünün son gününə qədər yazıbyaradıb. Bu kitabda onun 86 yaşında yazdığı şeirlərə də yer verilib.

Gallery

# 1695 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news