Flora Kərimovadan Afət Fərmanqızına sərt sözlər: "Nəsimini bazar piştaxtasına endirdin"

Flora Kərimovadan Afət Fərmanqızına sərt sözlər: "Nəsimini bazar piştaxtasına endirdin"
calendar 2 dekabr 2019
clock 10:55

Bir müddətdir Xalq artisti ilə müğənni Afət Fərmanqızı arasında yaşanan qalmqal yenidən alovlanıb.

Kulis.az xəbər verir ki, Xalq artisti Flora Kərimova “Zaurla Günaydın” proqramında müğənni Afət Fərmanqızının onun ünvanına səsləndirdiyi təhqirə cavab verib: “Toyların azalıb, əlacsız qalıb yeni qalmqal dilənirsən. Bütün Azərbaycan mənim zarafatımı başa düşdü, sən - “filoloq, alimdən” başqa. İş ki, qaldi “ətnən pişik” misalına - ovçu olmaq taleyin gətirmədi. Sənin qismətin ancaq qurbanlıq olmaqdır, hələ də olursan. Bir məkana verilən adlara gəldikdə isə “Nəsimi bazarı”, “Füzuli meydanı”, “Nizami küçəsi” - bunların heç biri şəxsiyyətə yönəlmiş aşağılayıcı təqdimat deyil.

Bazarda işləyənləri “Nəsimi” adına layiq bilmirsənsə, bu illərlə içində qaynatdığın vətəndaş problemindir. Bu qədər millət tərəfindən söyülə-söyülə anlamadığın həqiqəti sonuncu dəfə izah edim: Dahi Füzulinin sözlərinin ağırlığı altında “Füzuli kantatasını” yaradan böyük bəstəkar Cahangir Cahangirov Nəsiminin “Sığmazam” qəzəlinin faciəsini dərk edib, mənəvi sərvətimiz olan “Nəsimi” kontatasını yazdı. Sən Afət, Nəsimini (sənin sözünlə desək) ancaq bazar səviyyəsinə yox, bazarda olan piştaxta səviyyəsinə endirdin. Buna görə sənə “əhsən” düşür.

İndiyə kimi mənəvi cinayyətlə məişət cinayyəti arasında fərqi görməyən savada nə deyib, necə qiymət verəsən? Əgər saç başa ağıl gətirsəydi, sənin adın dahilər sirasında səslənərdi. Bilməmiş olmazsan, urina (sidik) dozasının artıqlığının nə bədənə, nə ağıla ziyanı var. Vay o günə ki, kişilərin artığı olasan.

Afət, sevirəm deyib “dini kəbinə” girib (gah qolunu, gah kəbinin üz qabığını göstərdin) keçirdiyin sabaha güvənməyən qadın. Sənə uşaq cəlladı olmağına acıyıram. Hamıya hər fürsətdə ucuz cavablarla o qədər özünü yerə çırpıb, kiçiltdin ki, sayılası düşman da ola bilmədin”.

Qeyd edək ki, Afət Fərmanqızı sosial şəbəkə vasitəsiylə Xalq artistinə etikadan kənar cavab verib.

# 6341 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news