Flora Kərimovadan gözlənilməz etiraf: "Mənə görə qızıma çox zərbələr dəydi"

Flora Kərimovadan gözlənilməz etiraf: "Mənə görə qızıma çox zərbələr dəydi"
calendar 15 fevral 2021
clock 10:31

“İstəmirəm camaat evə yığılanda şəkilim divarda olsun”

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “ATV maqazin onlarla” verilişinin “33 sual” rubrikasında söyləyib. İlk dəfə vəsiyyətini açıqlayan Xalq artisti ölümündən kimsənin xəbər tutmasını istəmədiyini bildirib:

“Mən dünyadan köçdüyüm anı heç kim bilməsin. Mənim dünyada olmadığımı heç kim bilməsin. Bilirəm nə qədər gizlədilsə də axın olacaq, insanlar gələcək. Mənim övladlarım onları necə yola salar? Başlarını itirərlər. İstəmirəm camaat evə yığılanda şəkilim divarda olsun. İstəmirəm şəkilimə baxım “yazıq” desinlər, ağlasınlar mənə. Mənə elə gəlir ki, mən üşüyərdim o göz yaşlarından.

Daha sonra qadın xoşbəxtliyindən söz açan Flora Kərimova sadəcə xoşbəxt ana ola bildiyini deyib:

“Xoşbxət anayam, amma xoşbəxt qadın ola bilmədim. İtkilərim çox oldu. Qızım tək qaldı. Bir yerə qızımla gedəndə boynu bükük qaldı. Mənə görə qızıma çox zərbələr dəydi. Diplomundan tutmuş ona olan münasibətlərə qədər.”

# 1792 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news