Fransalı pianoçu Bakıda konsert verəcək

Fransalı pianoçu Bakıda konsert verəcək
calendar 14 yanvar 2020
clock 15:40

Martın 14-də Heydər Əliyev Mərkəzində "Kremerata Baltika" kamera orkestri və tanınmış pianoçu Lyuka Debarqın konserti keçiriləcək.

Mərkəzdən APA-ya bildirilib ki, konsert proqramında görkəmli bəstəkarlar Ferens List, Kşiştof Penderetski, Meçislav Vaynberq və Miloş Maginin əsərləri təqdim ediləcək.

Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Baltikyanı ölkələrin gənc musiqiçilərindən ibarət kamera orkestrini 1997-ci ildə skripkaçı Gidon Kremer yaradıb. Qrup qısa vaxt ərzində dünya səviyyəsində peşəkar kollektivə çevrilib və beynəlxalq nüfuz qazanıb.

"Kremerata Baltika" 50-dən artıq ölkədə çıxış edib, 600 şəhərdə 1000-dən çox konsert verib. 2002-ci ildə "Qremmi" ("Grammy") və "Exo" ("ECHO") mükafatlarını qazanıb. Orkestr 20-dən çox kompakt disk (CD) yazdırıb.

"Kremerata Baltika" 2003-cü ildən Latviyada öz festivalını keçirir.

Fransız pianoçu Lyuka Debarq (Lukas Debargue) Gidon Kremer və "Kremerata Baltika" orkestri ilə 2017-ci ildən əməkdaşlıq edir. O, 2018-ci ildə kollektivin Çin və Yaponiyaya qastrollarında iştirak edib.

Lyuka Debarq dünyanın nüfuzlu konsert salonlarında aparıcı simfonik orkestrlərlə çıxış edib. O, akademik repertuarından əlavə caz da ifa edir, həmçinin musiqi bəstələyir.

Lyuka Debarq 2014-cü ildə 9-cu Qayar Beynəlxalq Pianoçular Müsabiqəsində 1-ci yer qazanıb, 2015-ci ildə P.İ.Çaykovski adına 15-ci Beynəlxalq Müsabiqənin laureatlarından olub. 2017-ci ildə Almaniyanın nüfuzlu "Exo Klassik" ("ECHO Klassik") mükafatı ilə təltif olunub.

# 2020 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news