Gənc yazar pyes müsabiqəsinin qalibi oldu

Gənc yazar pyes müsabiqəsinin qalibi oldu
calendar 9 oktyabr 2020
clock 15:20

Gənc yazar Pərviz Seyidli pyes müsabiqəsinin qalibi oldu.

Kulis.az xəbər verir ki, “Koronavirus” pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə elan olunan “Biz birlikdə güclüyük” adlı birpərdəli pyes müsabiqəsində münsiflərin müzakirəsindən sonra gənc yazıçı-ssenarist Pərviz Seyidlinin “Mələk” pyesi müsabiqənin qalibi elan olunub.

Müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemləri, dünyada və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizəni teatr sənətinin də aktual mövzusuna çevirməkdi. Müsabiqə şərtlərinə görə, pyeslərin mövzusu koronavirus pandemiyası ilə mübarizə günlərinin ab-havasını, bu zaman kəsiyində baş verənlərin ümumilikdə ölkənin sosial, ictimai həyatına təsirini, ayrı-ayrı insan talelərində əksini ifadə etməli idi. Müsabiqəyə maraq göstərən bir çox gənc qələm sahibləri yeni pyeslərini təqdim ediblər. Bu müddət ərzində təqdim olunan əsərlər gizli münsiflər heyəti tərəfindən oxunub.

Qeyd edək ki, qalib pyes seçildikdən sonra əsər bu ilin sonuna qədər teatr səhnəsində qurulmalı və tamaşaçıların müzakirəsinə verilməlidir. Pyes həm də “Azərbaycan” dərgisində işıq üzü görəcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, karantin rejiminin ləğvi və teatrların fəaliyyətinin bərpasından sonra əsərə quruluş veriləcək.

Xatirladaq ki, müsabiqə Gənc Tamaşaçılar Teatrının təşəbbüsü ilə Səbail Rayonu İcra hakimiyyəti, Azərbaycan UNESCO Klubları Assosiasiyası, ASAN Könüllüləri Təşkilatı, “ASAN radio”, “Azərbaycan” dərgisinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

# 2754 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news