Görkəmli rəssam haqqında kitab nəşr olundu

 Görkəmli rəssam haqqında kitab nəşr olundu
calendar 22 mart 2021
clock 11:13

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə görkəmli rəssam Tahir Salahov haqqında “Dialoq” adlı kitab işıq üzü görüb.

Kulis.az xəbər ki, rus dilində, nəfis tərtibatla nəşr edilmiş kitab Azərbaycanın, SSRİ-nin, habelə Rusiyanın Xalq rəssamı, iki dəfə Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ və Rusiya Dövlət Mükafatı laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, UNESCO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının vitse-prezidenti Tahir Salahovla dialoq janrında yazılıb. Kitabın müəllifi musiqişünas, pedaqoq, və publisist Raya Abbasovadır. Müəlliflə “Dialoq”da Tahir Salahov yaşadığı çətin və şərəfli ömür, həmçinin həyatının fərqli dövrləri ilə bağlı səmimi etiraflar edir, fikirlər səsləndirir.

Kitab Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın böyük sənətkar Tahir Salahova 90 illik yubileyi münasibətilə ünvanladıqları məktublarla açılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva “Böyük sənətkarın dünyası” sərlövhəli məqaləsində rəssam Tahir Salahovun yaradıcılığının özəlliyindən, əsərlərinin qəhrəmanlarına məxsusi yanaşmasından bəhs edilir. Leyla xanım yazır ki, rəssamın qəhrəmanlarını - neftçiləri, fəhlələri, həkimləri, yazıçıları, bəstəkarları, musiqiçiləri, artistləri, din nümayəndələrini, doğmalarını və yaxınlarını peşələrinə məhəbbət və sadiqlik birləşdirir. Ən əsası isə onların heç biri xəyali personaj deyil, hamısı rəssamın həyatında iz qoymuş insanlardır.

“Dialoq” kitabı rəssamın həyat və yaradıcılığının önəmli məqamlarını əks etdirən fotoşəkillərlə, fırçasının məhsulu olan əsərlərlə müşayiət olunur.

Maraqla oxunan “Dialoq” kitabı Tahir Salahov yaradıcılığına göstərilən diqqətin daha bir təzahürü olmaqla yanaşı, onun bənzərsiz irsinin gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir. /azertag/

# 2018 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news