Günay İbrahimli: "Ən böyük arzuma çatdım"

Günay İbrahimli: "Ən böyük arzuma çatdım"
calendar 20 oktyabr 2020
clock 14:25

“Bu, uşaqlıqdan ən böyük arzum olub. Bu gün mən ən böyük arzuma çatmışam.”

Bu sözləri Kulis.az-a açıqlamasında əslən Füzuli şəhərindən olan müğənni Günay İbrahimli deyib.

“Füzulinin işğaldan azad olunması xəbərini eşidəndə sevinc göz yaşlarımı saxlaya bilmədim. Ondan bir gün əvvəl Gəncədə törədilən terror hadisəsinə görə səhərə qədər yatmamışam. Gəncə hadisəsi məni çox sarsıtdı. Körpə uşaqların öldürülməsi vəhşilikdir. Bu artıq müharibə deyil, terrordu. Bir gözümüz sevinəndə bir gözümüz ağlayır. Düzdü Qarabağ hamımızındır. O torpaqların işğal altında olması hər bir azərbaycanlının dərdi idi. Amma doğulduğun, yaşadığın, xatirələrinin olduğu, əzizlərinin uyuduğu torpaqların işğaldan azad olunmasının sevincini ancaq biz qarabağlılar, içində o yerlərin həsrətini gəzdirən insanlar daha dərindən yaşayır.

Uşaqlıqdan ən böyük arzum olub. Bu gün mən ən böyük arzuma çatmışam. Düzdü mən o yerləri görməmişəm. Çox kiçik idim biz Füzulidən çıxanda. Amma evimizdə hər zaman o torpaqların söhbəti gedib. Son zamanlar çox qürur hissi yaşayıram. Bizim xalqımız çox vətənpərvərdir. Mən Ali baş Komandan İlham Əliyevə, Azərbaycan ordusuna, igid əsgərlərimizə çox təşəkkür edirəm. Bu gün biz onların sayəsində bu torpaqların sevincini yaşayırıq. Şəhid olan qardaşlarımızın haqqını ödəyə bilmərik. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Əminəm biz sona qədər zəfər çalacağıq. Yetər ki, sona qədər bu birliyimizi qoruyaq, prezidentimizin yanında olaq.”

# 2087 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news