İki kitabın təqdimatı keçirilib

İki kitabın təqdimatı keçirilib
calendar 15 iyul 2021
clock 18:11

“Boulervard Baku Marriott” hotelində “PAŞA Həyat” şirkətinin dəstəyi ilə “Salam, Azərbaycan!” və “Şəki – Gözəlliyin Sehri” adlı kitabların təqdimatı keçirilib.

Kulis.az-a verilən məlumata görə, yeni nəşrlər Azərbaycan mədəni irsinin, adət-ənənələrinin, çoxsaylı abidələrinin beynəlxalq miqyasda tanıdılması və təbliği məqsədilə Mədəniyyət Nazirliyi, “PAŞA Həyat Sığorta” ASC və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi çərçivəsində ərsəyə gəlib.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov, “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov, əməkdar jurnalist Musa Mərcanlı və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb, layihənin önəmini vurğulayıblar.

“Ümid edirik ki, xaricdəki insanlar bu kitablardan ilhamlanaraq ölkəmiz haqqında daha dolğun məlumat alacaq və yaxından tanış olmaq istəyəcəklər”, - Anar Kərimov vurğulayıb.

“Yüksək səviyyəli çap məhsullarının hazırlanmasına dəstək göstərilməsi və bu tipli məhsullar ilə ölkəmizin dünyada tanıdılması və təbliği çox önəmlidir. PAŞA Həyat şirkəti korporativ sosial məsuliyyət fəaliyyətinə daim diqqət ayırır və gələcəkdə də bu dəstəyi əsirgəməyəcək”, - Niyaz İsmayılov çıxışında qeyd edib.

Bəşər sivilizasiyasının tarixində xüsusi yer tutan Azərbaycan haqqında oxuculara təqdim olunan “Salam, Azərbaycan!” adlı kitab unikal tarixi abidələr, adət və ənənələr, çoxəsrlik mədəniyyət, misilsiz sərvətlər və insan əlinin dəymədiyi təbii guşələr haqqında məlumatları ehtiva edir.

“Şəki-Gözəlliyin Sehri” adlı kitab Azərbaycanın qədim məskənlərindən olan və yüzillərdir ki, qədim abidələri ilə dünyanı heyrətləndirən Şəki şəhəri, onun tarixi, təbiəti, mədəniyyəti və mətbəxi haqqında bəhs edir. 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Qeyd edək ki, layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Qədim və gözəl Qarabağ”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsrlərin salnaməsi”, “Azərbaycan inciləri” və “Gəncə – Nizami yurdu” adlı kitablar işıq üzü görüb.

# 1330 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news