İntihar edən balıqlar – Şeirlər

 İntihar edən balıqlar – Şeirlər
calendar 10 yanvar 2020
clock 11:36

Bu gün tanınmış şair Ələddin Əzimlinin 65 yaşı tamam olur. Kulis.az bu münasibətlə onun yeni şeirlərini təqdim edir.

Parkda

Qətrə-qətrə
sızır qan,
ürəyimin çatından.
Amma nədənsə,
ölüm gecikir
nəvələrin bəxtındən.
Nəvələrim
tutub əllərimdən
məni
parka aparır.
Yaxınlıqda
üstü qara örtüklü
bir maşın
dayanır qəfildən.
Görəsən,
kimdir gələn?..

Yağışlı gecə

Külək əsər
bir-birini
döyəcləyər budaqlar.
Çox darixar
ağacdan zorla qopub
ayrı duşən yarpaqlar.
Yağar
vədəsiz yağış,
külək qatar
bir-birinə dünyanı.
Sən də gəl,
çox vurnuxma
nəm yarpaqlar içində,
soyuqlarsan heç nədən.
Axtardığın kağızı-
yağış yuyan
yazdığım o məktubu
külək
çoxdan aparıb.
...İlıq Günəş
isitmək istəyir
sopsoyuq pəncərəni.
Səninsə,
xəbərin yox dünyadan.
Külək
yerli-dibli oğurlayıb
o yağışlı gecəni...

Nə oldu

Tutuşduq əl-ələ,
görüşmək, söhbətləşməkçün
Əllərimiz
üst-üstə çin-çin.
Endik bulağa
sərinləşməkçün.
Söz verdik
yenidən
əl-ələ tutuşmaq üçün.
Bəs nə oldu?!.

Dərdindən yıxılan adam

Dərdindən
yıxılan adam,
qolun-qıçın sındımı?
Səni kimsə
dərdindən ayırdımı?
Mən
çox görmüşəm
dərdindən yıxılanları,
torpaqla bir olanları.
Çəkiləsi olsa da,
çox ucaymış bu dərd,
adamı
bir yolluq edirmiş bu dərd,
salırmış yerin təkınə.
Halını, billirəm,
soruşan da yoxdu.
Çünki
torpaq üstə
dərdli ağaclar,
bu ağaclardan
vaxtlı-vaxtsız,
rənglı, rəngsiz
yıxılan
dərdli də çoxdu...

Qoca Santiyaqonun anım günü

Özünü
sahilə ataraq
intihar edən balıqlar.
Bunu aclıqdanmı,
susuzluqdanmı etdilər?
Bu,
bizlərin bilmədiyi,
yetərincə dəyərləndirmədiyi
bir protest,
cana qəsd idi.
Artıq
neçəinci kərədir
təkrarlanır bu hərəkət.
Görəsən,
hardandı
balıqlarda bu cəsarət?
Bəlkə,
Qoca Santiyaqonun
qəbrini ziyarət etmək,
onu anmaq istəyiblər
canları bahasına.
Dediklərindən dönmədən,
ləyaqətdən,
ucalıqdan enmədən...

Qayə

Hiss edirəm,
şeirlərim az oxunur.
Bəlkə də,
heç oxunmur.
Ümidvaram,
haçansa oxunacaq.
Ancaq
gənclik eşqiylə,
şövqü, məhəbbətlə
sevgisiylə yazasan.
Həyatda da,
sənətdə də
çalışıb
hər vaxt özün olasan...

Getdi

Külək
aldı əlimdən çiçəyi,
çox uzağa-
gəlməzə getdi.
Hər şey
əlimdə ikən
necə də
bir an içində,
yox oldu
və gözlərimdən itdi...

# 2538 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news