Kafkanın əlyazmaları yayımlandı

Kafkanın əlyazmaları yayımlandı
calendar 1 iyun 2021
clock 10:32

İsrail Milli Kitabxanası məşhur yazıçı Frans Kafkanın əlyazmalar, məktublar və rəsmlərdən ibarət toplusunu öz saytında dərc edib.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, Kafka dostu Maks Broda ölməzdən əvvəl yandırılaraq məhv edilməsi üçün verdiyi əlyazmalar, məktublar və rəsmlər bərpa olunduqdan sonra İsrail Milli Kitabxanası tərəfindən onlayn olaraq yayımlanıb.

Kolleksiyadakı sənədlər arasında 1907-ci ildə "Ölkədəki toya hazırlaşırıq" hekayəsinin üç versiyası, İbrani dilində işlədiyi dəftər və 1909-cu ildən yazdığı tərcümeyi-hal əlyazmaları var. Bundan başqa kolleksiyada Kafkanın rəsmləri, 1911-ci ildə İsveçrə, İtaliya və Fransaya səyahətlərinin qeydləri, Maks və Sofi Broda yazdığı məktublar da sərgilənir.

Xatırladaraq ki, Kafkanın kolleksiyası 1939-cu ildə dostu Brod tərəfindən İsrailə gətirilib. Əsərlər əvvəlcə Brodun katibi Esther Hoffeye, daha sonra qızları Eva Hoffe ve Ruth Wieslere miras qalıb.

İsrail Milli Kitabxanası isə Brodun əsərləri kitabxanaya vəsiyyət etdiyini iddia edərək bacıları məhkəməyə verib.

İllərdir davam edən məhkəmə çəkişmələrindən sonra 2016-cı ildə İsrail Ali Məhkəməsi Kafkanın əlyazma əsərlərinin İsrail Milli Kitabxanasına məxsus olduğuna qərar verib.

# 2024 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news