Kino Evində təqdimat olacaq

Kino Evində təqdimat olacaq
calendar 13 yanvar 2020
clock 13:30

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor Rəşid Ağamalıyevin quruluşunda “Züleyxa ilə dialoqlar” sənədli filminin təqdimat mərasimi baş tutacaq.

Kulis.az-ın verdiyi xəbərə görə, film Türkiyədə fəaliyyət göstərən, tanınmış musiqi terapevti Züleyxa Abdullayevaya həsr olunub və filmdə onun musiqi vasitəsilə fiziki, ruhi ağrıları necə müalicə etdiyindən, eyni zamanda Hindistan və Çexiyadan müalicə etdiyi xəstələrin həyatından bəhs edir.

Filmin rejissoru Rəşid Ağamalıyev bildirir ki, Kino Evində baş tutacaq filmin nümayişindən sonra tamaşaçılar Züleyxa Abdullayevanın rəhbərliyi ilə xüsusi bir musiqi terapiyası seansını da yaşaya biləcəklər.

Yeri gəlmişkən, Rəşid Ağamalıyev 2007-2010-cu illərdə Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino məktəbində sərbəst dinləyici qismində iştirak edib. 2017-ci ildə Çex Respublikasının Olomouts şəhərinin Palatski Universitetində “Kinoşünaslıq” və “İngilis dilinin lologiyası” ixtisasları üzrə bakalavr dərəcəsi alıb. 2015-ci ildə Hollandiyanın Utrext səhərinin eyni adlı universitetində təhsil alıb. 2018-ci ildə Praqada Səhnə Sənətləri akademiyasının Kino və Televiziya fakültəsində “Kinoprodüser” ixtisası üzrə kurs bitirib. “Bayatı Şiraz” (2014) bədii klipinin, “Aşıq Qərib. Azərbaycanın məhəbbət dastanı” (2014) sənədli filminin və “Tar dərsləri” (2015-2017) maarifləndirici videolarının müəllifdir. 2018-ci ildə yaradılmış ilk Bakı Beynəlxalq Animasiya Festivalı ANİMAFİLM-in təsisçi və direktorudur.

Filmin rejissor və prodüseri Rəşid Ağamalıyev, operatorları Nina Şçamborova (Slovakiya), Raaşi Metkari (Hindistan), montajçı – Xorxe Sançes (İspaniya), səs operatorları Berk Tuğçu (Türkiyə), Yuras Karakadır (Belarus).

Filmin çəkilişlərində Züleyxa Abdullayeva (Türkiyə), Vidhi Mehrota (Hindistan), Elxan İlyasov (Çexiya), Rəşid Ağamalıyev (Azərbaycan) iştirak ediblər.

Xatırladaq ki, sənədli film yanvar ayının 17-də (saat 19:00) Kino Evində nümayiş olunacaq.

# 1819 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news