Kiyevdə Salam Sarvanın kitabının təqdimatı keçirildi

Kiyevdə Salam Sarvanın kitabının təqdimatı keçirildi
calendar 14 sentyabr 2020
clock 18:32

Ukrayna Milli Ədəbiyyat Muzeyində müasir Azərbaycan şairi Salam Sarvanın əsərləri toplusunun təqdimat mərasimi keçirilib.

“Boğulmaq da olmur, dayazdı dünya” («І потонути неможливо, неглибокий цей світ...») adlanan kitabın nəşri Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsidir. Kitabın nəşri və təqdimatı Ukrayna Milli Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutunun və “Sammit-kniqa” nəşriyyatının dəstəyi ilə həyata keçirilib.

Təqdimat mərasimini Ukrayna Milli Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutunun direktor müavini, akademik Nikolay Sulıma tədbiri açaraq Ukrayna ilə Azərbaycan arasında qədim tarixə malik fundamental ədəbi əlaqələri barədə söhbət açıb. O qeyd edib ki, bu tədbir Ukrayna-Azərbaycan ədəbi əməkdaşlığının fəallaşmasına böyük töhfə olacaq.

Ukrayna Milli Ədəbiyyat Muzeyinin böyük elmi işçisi Sofiya Fecora tədbirdə çıxış edərək vurğulayıb ki, təmsil etdiyi muzey Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq üçün həmişə açıqdır və həmin Mərkəzin layihəsinin – Salam Sarvanın əsərləri toplusunun təqdimatına yardımçı olmağa şaddır.

Təqdimat mərasimində kitabın tərcüməçisi Lesya Mudrak, layihənin məsul katibi Marina Qonçaruk, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun professoru Arif Quliyev, şairlər Dmitri Çistyak, Sergey Savin, Yuliya Qupalyuk, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Azərbaycan filologiyası müəllimi İrina Dəmirəzən, digər şairlər, ədəbiyyatçı və jurnalistlər də çıxış ediblər. /azertag.az/

# 1845 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news