Koronavirusa həsr olunmuş hekayə müsabiqəsinin qalibləri müəyyənləşdi

Koronavirusa həsr olunmuş hekayə müsabiqəsinin qalibləri müəyyənləşdi
calendar 12 iyun 2020
clock 12:46

Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə elan etdiyi “Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi”nin qalibləri müəyyənləşib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqəyə 417 hekayə təqdim olunub, 29 hekayə müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul edilməyib.

Komissiyanın 5 üzvü tərəfindən müsabiqəyə qəbul olunan 388 hekayənin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılmış və müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq əsərlərə hər bir üzv tərəfindən 10 ballıq şkala əsasında qiymət verilib.

“Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi”nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq aşağıdakı hekayələr müsabiqənin qalibləri elan edilib:

I YER

Natiq Məmmədli “Taclı mələklər”

II YER

Sevinc Elsevər “A quşlarım, getməyin...”

III YER

Cavi Dan “Ev”

Xüsusi mükafat üzrə

Reyhan Yusifqızı “Həkimin gündəliyi”

Əkbər Qoşalı “İradə, mən ölürəm...”

Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz) və III yer üzrə qalibinə 1000 (bir min), xüsusi mükafat üzrə qaliblərə 500 manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.

Qısa zamanda qaliblərin mükafatlandırılması xüsusi karantin rejimi və sosial izolyasiya qaydalarına müvafiq olaraq təşkil ediləcək.

# 1531 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news