Kəramət Böyükçöldən xəbər var: “Böyük gərginlik içərisindəyəm”

Kəramət Böyükçöldən xəbər var: “Böyük gərginlik içərisindəyəm”
calendar 31 may 2020
clock 12:43

Son günlər “Elmlər Akademiyası” metrosu yaxınlığındakı parkda yeni çıxan kitabının səyyar satışı ilə məşğul olan Kəramət Böyükçöl sosial şəbəkələrin gündəmindəndir. Lakin, ötən gün onun Facebook profili oğurlanıb.

Kulis az Kəramət Böyükçöllə əlaqə saxlayıb və onun fikirlərini öyrənib. Gənc yazar bunları söyləyib: “Hər gün “Elmlər Akademiyası” metrosunun həndəvərində oluram, adamlar gəlib kitabımı alırlar. Günə demək olar ki, yüz kitab satırdım. Bu da hardasa min beş yüz, min səkkiz yüz manat edirdi. Ancaq profilim oğurlanması kitab satışına təsirini göstərdi. Artıq metronun qarşısına da getmirəm.”

O, daha sonra əlavə edib: “Böyük gərginlik içərisindəyəm. Bu profil mənim saytım, mülkiyyətimdi. Mən o profili on ildir işlədirdim, orada cəmiyyət, ədəbiyyat və ümumilikdə mühit haqqında bütün fikirlərimi yazıram. Hər gün yaşadığım illərin təqviminə göz atıram ki, görüm, ötən günləri necə, hansı hisslərlə yaşamışam, nə ilə məşğul olmuşam. Bütün bu gərginliklər mənə imkan vermir ki, belimdə çanta gedib metronun qarşısında dayanım. Lakin oxucular yenə zəng vururlar, mən də yaşadığım yerin ünvanını deyirəm, gəlib kitabımı alırlar. Profilimi qaytara bilsəm, yenidən satışa başlayacam. Qaytara bilməsəm, yeni profil açacam, Mən əminəm ki, yeni profilimdə bundan da çox insan gəlib mənimlə dostluq etmək istəyəcək və tribunam yenidən formalaşacaq.”

K. Böyükçölün bildirdiyinə görə, o, kitabının xeyli hissəsini də satıb. Bu, Azərbaycan mühiti üçün yüksək rəqəm hesab olunur. Yazar “Mücrü” nəşriyyatında çap olunan “Məni kim tapa bilər” kitabının təkrar nəşrinin sifarişini vermək haqqında düşünür.

# 2914 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news