Millət vəkilinə Kaşqari mükafatı verildi - Foto

Millət vəkilinə Kaşqari mükafatı verildi - Foto
calendar 12 mart 2020
clock 18:30

Millət vəkili Qənirə Paşayeva “Beynəlxalq Mahmud Kaşqari Mükafatı” ilə təltif edilib.

Kulis.az xəbər verir ki, Mahmud Kaşqari adına Beynəxalq Fondun Mükafat Komissiyası tərəfindən Türk-İslam mədəniyyəti qarşısında göstərdiyi böyük xidmətlərə görə millət vəkili, Qənirə Paşayevanı “Beynəlxalq Mahmud Kaşqari Mükafatı” ilə təltif edib.

Qeyd edək ki, 2006-cı ildə Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən təsis edilən “Beynəlxaq Mahmud Kaşqari Mükafatı Türk-İslam mədəniyyəti qarşısında özəl xidmətlərə görə Beynəlxalq Komissiya tərəfindən verilir.

Komissiyanın sədri görkəmli Qazaxstan yazıçısı, akademik Sabit Dosanovdur.

Mükafatı alanlar sırasında Türkiyənin 9-cu prezidenti Suleyman Dəmirəl, görkəmli şair Oljas Suleymenov (Qazaxstan), akademik Abel Məhərrəmov, akademik İsa Həbibbəyli, akademik Muxtar İmanov, akademik Teymur Kərimli, əməkdar elm xadimi, prof. dok. Qəzənfər Paşayev, professor Namik Kamal Zeybek (Türkiyə), Türk Ədəbiyyatı Vakfının başqanı Sərhat Kabaklı, akademik Sabit Dosanov (Qazaxstan), rus filosofu Aleksandr Dugin, xalq yazıçısı Çingiz Abdullayev, Qazaxstan Yazıçılar Birliyinin sədri, şair Ulugbek Esdoulet, Qırğızıstanın xalq şairi Mark Abay Aamatov, xalq şairi Sabir Rüstəmxanlı, şair Rüstəm Behrudi və digər məşhur şəxslər var.

Mahmud Kaşqari adına Beynəlxalq Fond AYB sədri Anar Rzayev, Arif Əmrahoğlu və Elxan Zal Qaraxanlı tərəfindən təsis edilib.

# 2283 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news