Məşhur dirijor Bakıda çıxış edəcək

Məşhur dirijor Bakıda çıxış edəcək
calendar 6 mart 2020
clock 17:01

Martın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Aida” operası nümayiş ediləcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində Azərbaycan Opera və Balet Teatrının solistləri ilə yanaşı, Rusiya və Ukraynadan dəvət olunmuş sənət ulduzları da iştirak edəcəklər.


Operada Radames partiyasında K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Yeroxin çıxış edəcək.

Aida partiyasını Azərbaycanın Əməkdar artisti, “Humay” milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək.

Xalq artistləri Əli Əsgərov və Əkrəm Poladov operada müvafiq olaraq Misir şahı və Ramfis rollarında, Xalq artisti Gülnaz İsmayılova Kahin qadın, Əməkdar artistlər Səbinə Vahabzadə isə Amneris, Cahangir Qurbanov Amonasro rollarında çıxış edəcəklər.

Opera Odessa Milli Akademik Opera və Balet Teatrının baş dirijoru, Belarusun Xalq artisti, professor Vyaçeslav Voliç tərəfindən idarə olunacaq.

Gallery

# 1946 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news