Məşhur fotodakı şəxs danışdı: “Bir də gördüm...”  

Məşhur fotodakı şəxs danışdı: “Bir də gördüm...”  
calendar 20 may 2021
clock 17:51

“Cıdır düzündə həmin an Bakı Media Mərkəzinin fotoqrafı Vüqar İbadov fotonu gördü, dedi, bunu mütləq çəkməliyəm.”

Bu sözləri APA-ya müsahibəsində şuşalı dirijor Fuad İbrahimov social şəbəkələrdə məşhurlaşan fotosu ilə bağlı danışarkən söyləyib. O daha soonra əlavə edib:

“Özü necə durmaq barədə istiqamət verdi və həmin şəkil çəkildi. Səhəri günü mənə zəng gəldi ki, Fuad, internetdə hər yerdə sənin şəklindi. Mən də təəccüb elədim. Çünki orda internet də yoxum idi ki, nəsə paylaşım. Bakıya gələndən sonra isə gördüm ki, bu şəkil artıq bütün ölkəni gəzib.”

Fuad İbrahimov daha sonar uşaqlıq fotosunun çəkilmə tarixçəsini də danışıb:

“Yeri gəlmişkən bir məsələyə aydınlıq gətirmək istəyirəm. Çoxu düşündü ki, o şəkil biz Şuşadan evakuasiya olunan ərəfədə çəkilib. Hətta bəziləri də yazmışdı ki, necə ola bilər, qaçaqaçda şəkil çəkdirib? Elə deyil. Bu şəkil 91-ci ilin yay ayında çəkilib. Biz uşaqlar bütün vaxtı nədəsə sevinc axtarırdıq.”

# 1236 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news