Muğam Mərkəzi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Muğam Mərkəzi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
calendar 9 oktyabr 2020
clock 17:34

Bu gün kiçikdən böyüyə hər bir azərbaycanlı Qarabağın işğaldan azad ediləcəyi günü səbirsizliklə gözləyir. Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciət etdiyi ilk gündən respublikanın hər bir vətəndaşı böyük şərəf hissi ilə ordu sıralarına qatılmağa hazır olduğunu bir daha sübuta yetirdi. Cəbhədə Azərbaycan Ordusunun qazandığı qələbələr xalqımızda ruh yüksəkliyi yaradır.

Beynəlxalq Muğam Mərkəzinin kollektivi şanlı ordumuza dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.

Kollektivimiz ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixin ədalətin bərqərar edilməsi uğrunda mətin mübarizəsini alqışlayır və böyük zəfər günümüzün yaxında olduğuna inanır.

BMM-in direktoru, Xalq artisti Murad Hüseynov bildirib ki, ordumuza dəstək hər bir azərbaycanlının borcudur. Bu gün hər birimiz qürurlu və eyni zamanda, məsuliyyətli günlər yaşayırıq: “Vətənin bu günlərində heç kim kənarda qalmamalı, hər kəs dövlətimizə və ordumuza əlindən gəldiyi qədər dəstək verməlidir. Biz mədəniyyət və sənət adamları da hər zaman Ali Baş Komandanın və ordumuzun yanındayıq. Şanlı ordumuzun işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını layiqincə alması, həmçinin işğal altındakı bir sıra əraziləri, strateji yüksəklikləri azad etməsi bir daha təsdiqlədi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir”. /azertag.az/

# 2084 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news