Müvəqqəti komendantlıqlar üzrə iclas keçirildi

Müvəqqəti komendantlıqlar üzrə iclas keçirildi
calendar 26 noyabr 2020
clock 17:49

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı yaradılmış Koordinasiya qrupunun noyabrın 25-də videoformatda iclası keçirilib.

Kulis.az xəbər verir ki, iclasda V.Eyvazzadə müvəqqəti komendantlıqların nəzdindəki əməliyyat qərargahlarında nazirliyi təmsil edən nümayəndələrin işi ilə bağlı məlumat verib, Koordinasiya qrupunun fəaliyyətinə dair müvafiq tapşırıqları diqqətə çatdırıb. Eyni zamanda monitorinqlərin daha səmərəli təşkili məqsədilə mədəni irs – abidələr, muzey, kitabxana və digər istiqamətlər üzrə nazirliyin sahəvi ekspert qruplarının formalaşdırılmasının zəruri olduğu qeyd edilib.

Koordinasiya qrupunun əlaqələndiricisi, Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri Vüqar Məmmədov müvəqqəti komendantlıqların nəzdindəki əməliyyat qərargahlarına daxil olan nazirliyin abidələr və müəssisələr üzrə nümayəndələri tərəfindən işğaldan azad olunmuş rayonların ərazilərində keçirilən monitorinqlərin bu günə olan nəticələri barədə məlumat verib. Bildirilib ki, ilkin monitorinqlər zamanı işğalçılar tərəfindən dağıdılmış 180 mədəniyyət müəssisəsi ilə bağlı qeydlər aparılıb, habelə 71 tarix-mədəniyyət abidəsinə və tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektə baxış keçirilib.

V.Məmmədov koordinasiya qrupunun fəaliyyətindən irəli gələn məsələlərlə bağlı bir sıra məqamları nəzərə çatdırıb.

İclas daha sonra müzakirələrlə davam edib.

# 2014 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news