Nizami Gəncəvi və Yunus Əmrəyə həsr edilən səhnə əsəri nümayiş olunub

Nizami Gəncəvi və Yunus Əmrəyə həsr edilən səhnə əsəri nümayiş olunub
calendar 7 may 2021
clock 17:46

Mayın 7-də Beynəlxalq Muğam Mərkəzində Bakıdakı Yunus Əmrə İnstitutunun təqdimatında “Nizamidən Yunusa: Birlik ilə baxmaq” adlı səhnə əsəri nümayiş edilib.

Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə nümayiş edilən səhnə əsəri bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” və qardaş ölkədə “Bizim Yunus İli” elan edilməsi münasibətilə hazırlanıb.

İki hissədən ibarət tamaşanın birinci pərdəsi Yunus Əmrəyə, ikinci pərdə isə Nizamiyə ithaf edilib.

Səhnə əsərində rolları Rufiz Quluzadə, Nuranə Tağıyeva, Canəli Canəliyev, Aida Bəşirova, Almaz Həsənzadə, Sənan Muxtarov və Ədilə Əliyeva ifa edib.

Layihənin rəhbəri, tamaşanın ssenari müəllifi, Azərbaycanda və Türkiyədə tanınan rəssam Günay Zebicdir (Mehdizadə), quruluşçu rejissoru Hicran Sadıqzadə, musiqi və səs rejissoru Ülviyyə Vəlizadə, səhnə tərtibatçısı Elman Əliyevdir.

Qeyd edək ki, bu il Nizami Gəncəvinin 880 illiyi münasibətilə ölkəmizdə, Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə isə qardaş ölkədə silsilə tədbirlər təşkil keçirilir.

# 1767 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news