Nizamiyə həsr olunan beynəlxalq konfransa tezis qəbulu davam edir

Nizamiyə həsr olunan beynəlxalq konfransa tezis qəbulu davam edir
calendar 13 may 2021
clock 13:46

Noyabrın 25-27-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi “Xəmsə”sinin Şərq, Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Bu barədə Kulis.az-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, tədbir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq. Beynəlxalq konfrans “Nizami Gəncəvi irsi və Avropa ədəbi-mədəni mühiti”, “Sələflər və xələflər – Nizami Gəncəvinin Şərq və Qərb qaynaqları, Şərq və Qərb ədəbiyyatlarında Nizami təsiri”, “Nizami şəxsiyyəti və irsinin beynəlxalq miqyasda tədqiqi, nəşri və təbliği problemləri”, “Nizami əsərlərinin əlyazmaları və “Xəmsə”yə çəkilmiş miniatürlər dünya kitabxana və arxivlərində”, “Nizami ədəbi məktəbi: başlıca xüsusiyyətləri, aparıcı simaları, qovuşduruculuq missiyası”, “Nizami və Azərbaycan ədəbiyyatı”, “Nizami “Xəmsə”si və “Divan”ının müxtəlif dillərə tərcüməsi problemləri”, “Nizaminin fəlsəfi dünyası”, “Xəmsə” əxlaqi və mənəvi dəyərlər toplusu”, “Nizami “Xəmsə”si ensiklopedik biliklər və miqyaslı ədəbi düşüncə mənbəyi kimi”, “Nizami irsi və klassik Şərq ədəbiyyatında forma, janr və poetika məsələləri”, “Nizami irsi Azərbaycan və dünya incəsənəti müstəvisində” bölmələri üzrə təşkil olunacaq.

Konfransda iştirak etmək istəyənlər tezisləri sentyabrın 1-dək [email protected] elektron ünvanına göndərə bilərlər.

# 2107 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news