Özbəkistanda Haqverdiyevin 150 illiyi ilə bağlı tədbirlər keçiriləcək

Özbəkistanda Haqverdiyevin 150 illiyi ilə bağlı tədbirlər keçiriləcək
calendar 25 fevral 2020
clock 15:53

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddə “Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycan dramaturgiyasında, klassik hekayə və faciə janrının inkişafında rolu” adlı dəyirmi masa keçiriləcək.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli dramaturq, nasir Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamı ilə əlaqədar AMM il ərzində bir sıra tədbirlərin keçirilməsini planlaşdırıb.

AMM “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində keçiriləcək tədbirlərdə, habelə “Azərbaycanın Qarabağ diyarı - Özbəkistan rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsində tanınmış Qarabağ ədiblərinə, xüsusən Əbdürrəhim bəy Haqverdiyevə və ədibin yaradıcılığına geniş yer verəcək.

Mədəniyyət Mərkəzi Özbəkistanın regionlarında və universitetlərində yaradılan Azərbaycan ocaqlarında da il ərzində bununla bağlı dəyirmi masa və seminarların keçirilməsi, ədibin əsərlərinin özbək dilinə tərcümə edilməsi, Əbdürrəhim bəy Haqverdiyev haqqında “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində xüsusi bölmənin yaradılması, habelə özbək mətbuatında görkəmli dramaturq haqqında məqalələrin dərc edilməsini nəzərdə tutub.

# 1883 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news