Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı vəfat edib

Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı vəfat edib
calendar 14 oktyabr 2021
clock 13:42

Ukrayna və Rusiyanın opera müğənnisi, SSRİ Xalq artisti Bela Rudenko dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə rusiyalı tənqidçi Andrey Plaxov feysbukda yazıb.

Sənətkar 88 yaşında Moskvada vəfat edib.

Qeyd edək ki, B. Rudenko 1933-cü il avqustun 18-də Ukrayna SSR-in Luqansk vilayətinin Bokovo-Antratsit qəsəbəsində (indki Antratsit şəhəri-red.) anadan olub. Dünyanın bir çox ölkələrində çıxış edən opera müğənnisi 1992-ci ildə karyerasına son qoyub. 1995-1999-cu illərdə Moskva Böyük Teatrının opera truppasının bədii rəhbəri olub. 1977-2017-ci illərdə Moskva Dövlət Konservatoriyasında dərs deyib, 1989-cu ildə təhsil müəssisəsinin professoru olub. 1960-cı ildə “SSRİ Xalq artisti” fəxri adına layiq görülüb.

İki dəfə ailəli olub. Rudenkonun birinci həyat yoldaşı Ukrayna SSR mədəniyyət nazirinin müavini Vladimir Yefremenko, ikinci həyat yoldaşı isə Azərbaycan SSR Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olub. Opera müğənnisinin birinci nikahından Yekaterina adlı qızı, ikinci nikahından isə Teymur adlı oğlu var. Sonuncu Rusiyanın Əməkdar artistidir, hazırda bizneslə məşğul olur./qafqazinfo.az/

Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı vəfat etdi

# 6465 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news