Prezident Polad Bülbüloğluya orden verdi

Prezident Polad Bülbüloğluya orden verdi
calendar 1 sentyabr 2021
clock 09:51

Qırğızıstan Prezidenti Sadır Japarov Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏŞ) İdarə heyətinin həmsədri Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri, DHƏŞ-ın sədri Polad Bülbüloğlu və DHƏŞ-in icraçı direktoru Anatoli İksanovla görüşüb.

Kulis.az xəbər verir ki, Sadır Japarov fondun Qırğızıstandakı fəaliyyətini yüksək qiymətləndirib, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında mədəni sahədə əlaqələrin möhkəmlənməsində DHƏŞ-in böyük rolu olduğunu bildirib.

Dövlət başçısı deyib ki, fond hər il Qırğızıstanda mədəni sahədə keçirilən 5-6 layihəni maliyyələşdirir. Gələn il keçiriləcək “Karakol - MDB-nin mədəniyyət paytaxtı” layihəsi də fond tərəfindən maliyyələşdiriləcək.

Prezident Sadır Japarov bildirib ki, ölkələr arasında dostluq və əməkdaşlığın genişləndirilməsi sahəsindəki xidmətlərinə görə Mixail Şvıdkoy “Danaker”, Polad Bülbüloğlu “Dostluq” ordenlərinə layiq görülüblər, Anatoli İksanov isə Qırğızıstan Respublikasının Fəxri Fərmanı ilə təltif edilib.

Ordenləri və Fəxri Fərmanı təqdim edən Qırğızıstan Prezidenti, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb. /azertag.org/

# 1668 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news