Prezidentin trendə çevrilən fotoları

Prezidentin trendə çevrilən fotoları
calendar 17 noyabr 2020
clock 13:11

Prezident xalqın ürəyindən tikan çıxarmağa davam edir. Dünən İlham Əliyev özünün idarə etdiyi hərbi maşınla işğaldan azad olunan torpaqlara səfər etdi və gördük ki, bu hadisə hər kəsin çox ürəyincə oldu.

Paşinyanın “Cıdır düzü”ndə yallı getməsi insanlarımızı nə qədər hiddətləndirmişdisə, İlham Əliyevin bu səfəri də xalqı bir o qədər sevindirdi.

Səfər zamanı Birinci vitse-prezident Mehriban Əliyeva da Prezidentə yol yoldaşlığı edir. Elə insanların ən çox xoşuna gələn məqam da odur ki, Mehriban xanım Prezidentlə təkcə Birinci vitse-prezident kimi yox, həm də bir cəbdə dostu, səngər yoldaşı kimi davranır. Yəni rəsmiyyətdən kənar və çox səmimi.

İndi sosial şəbəkələrdə sevə-sevə paylaşılan foto və videoların bir çoxunu da Mehriban xanım özü çəkib.

Onun Prezidentə “Bəlkə saxlayasan, ayaqla gedək?” deməyi də insanların qəlbinə yol tapıb.

İlham Əliyevin maşını saxlamaması, hətta buna reaksiya verməyib “Sağ tərəfi çək” deyərək söhbətinə davam etməsi isə bəzi bəylərin ürəyinə yağ kimi yayılıb.

Həmçinin onların Xudafərin körpüsünün yanında çəkdirdiyi şəkillər də insanların çox xoşuna gəldi. Bu şəkillər hamıya “love story” adlandırılan cütlük foto-sessiyalarını xatırlatdı.

Yəqin, bundan sonra bir çox cütlüklər bu cür yerlərdə, elə lap həmin yerdə, ulu Xudafərinin məhz o nöqtəsində fotosessiyalar edəcəklər.

Səbirsizliklə o torpaqlara yazın gəlişini gözləyirəm. Dağların, dərələrin, ağacların yamyaşıl olacağı günləri, çayların aşıb-daşacağı, torpağın yenidən canlanacağı günləri həyəcanla gözləyirəm.

Düşünəndə ki, bundan sonra sevgililər Gövhər Ağa məscidində kəbin kəsdirib, Xudafərin körpüsündə şəkillər çəkdirib, “Cıdır düzü”ndə toy edəcək adamın ürəyi sevincdən az qalır ağzından çıxıb uçsun...

Prezidentin və xanımının saytların və sosial şəbəkələrin trendinə çevrilən bugünkü fotoları Xalq-Ordu-Qarabağ-Prezident birliyinin ən layiqli nümunəsi oldu.

Əyilib bayraqdan öpdüyü səhnə isə insana bir ayrı qürur verir...

# 5187 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news