Qarabağa ilk gedən məşhurların səfər təəssüratı - Fotolar

Qarabağa ilk gedən məşhurların səfər təəssüratı - Fotolar
calendar 30 dekabr 2020
clock 15:01

Azərbaycanın tanınmış sənət adamları 27-28 il sonra işğaldan azad olunmuş torpaqlara səfər ediblər.

Kulis.az həmin məşhurların Qarabağ səfərindən olan fotolarını təqdim edir.

Xalq artisti Aygün Kazımova: "Şuşada bir üzümüz güldü, bir üzümüz kədərləndi. İgidlərimizi görüb qürurlandıq, şəhidlərimizi anıb hüzünləndik. Bu torpağa yenidən ayaq basdığımız üçün isə bir daha xalqımızla, dövlətimizlə və ordumuzla fəxr etdik”

Xalq artisti Zülfiyyə Xanbabayeva: “Şuşadayam! Kəlmələrlə ifadə edə bilmədiyim hisslər keçirirəm! Allahım, şükürlər olsun! Bu günlər də bizə qismət oldu!”

Xalq artisti Tünzalə Ağayeva: “Fantastik hisslər yaşayıram. Hansı ki, sözlərlə ifadə etmkə olmur. Nəhayət uzun illər sonra musiqi mədəniyyət beşiyimiz Şuşada oldum. Gövhər Ağa Məscidində Vətənimiz üçün, şəhidlərimizin ruyuna dualar oxuduq.”

Xalq artisti Aygün Səmədzadə: "Təsəvvüründə olan dəyişsə belə insan sevdiyini öz içində yaratdığı kimi sevəcək. Uşaqlıqdan "Cənnətim Qarabağ" eşitdik, görməsək də sevdik, görmək indi nəsib olur yavaş-yavaş... Cənnət təsviri bambaşqa olsa da, bu gün qurumuş ocaqları, kəsilmiş ağacları, ağrıyan torpağı, silsilə xərabəliklərilə yenə də Cənnətdir Qarabağ, Nəğmələr gülüstanıdır. Parlayacaq... Çünki Ruhu var. Həm də Qalib.”

Xalq artisti Mənsum İbrahimov: "Doğma Ağdamımızı ziyarət etdim. Şükür qovuşdurana. 27 illik həsrətdən sonra ilk dəfə Ağdam məscidində azan oxudum”

Əməkdar artist Elza Seyidcahan: "27 il sonra Qarabağda oldum. Qəribə hisslərdir, sözlə ifadə etmək olmur”

Əməkdar artist Tahir İmanov (Şuşa)

Əməkdar artist Cabir İmanov

Müğənni Xatun

Əməkdar artist Babək Niftəliyev

Murad Arif

# 2651 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news