Qarabağlı şairdən 30 illik foto xatirəsi: Kimdir bu adam?

Qarabağlı şairdən 30 illik foto xatirəsi: Kimdir bu adam?
calendar 5 may 2021
clock 13:36

Kulis.az əslən Laçından olan şair Kamil Vəfadarın bir foto haqqında yazdığı yazını təqdim edir.

“Düz 30 ilin şəkilidi. 1991-ci ilin iyun ayında Laçın şəhərindəki məşhur "41-45 abidəsi”nə çıxmışdım ki, Laçının və ətrafının fotoşəkillərini hündürlükdən çəkim. Şəkildə gördüyünüz bu cavan oğlan da (təbii ki, o zamanla) orada idi. Əlimdə fotoaparatı görəndə mənə dedi ki, qardaş, mənim bir şəkilimi çək. Dedim, çəkməyinə çəkim, bir söz demirəm. Amma səni hardan tapıb şəklini verə bilərəm? Çək, qoy qalsın səndə, dünyanın işini nə bilmək olar, bəlkə bir gün rastlaşdıq? Mən də çəkdim.

Sonra heç qarşılaşmadıq, sonra da pərən-pərən olub, düşdük çöllərə. Başımıza nələr gəlmədi ki... İndi arxiv şəkillərimi araşdıranda qarşıma çıxdı. O günlərə qayıtdım - Laçınlı günlərə. Fikirləşdim ki, bu şəkli paylaşım, bəlkə rastına çıxar, ya kimsə tanıyanlardan görüb göndərər ona. Şəkilin əsli də məndədir. Nə vaxt qarşılaşsaq, verərəm özünə. Axı hər şəkil bir tarixdir. Həm də bir adam üçün yox, ən azı bir ailə, bir nəsil üçün. Sonda onu da deyim ki, adı yadımda deyil, Minkənddəndir, nağara çalandır. O vaxt mənə belə dedi.”

# 1618 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news