Rasim Qaraca 60 yaşını qeyd edir

Rasim Qaraca 60 yaşını qeyd edir
calendar 18 fevral 2020
clock 10:17

Bu gün tanınmış şair, yazıçı, tərcüməçi, “Alatoran” dərgisinin baş redaktoru Rasim Qaracanın 60 yaşı tamam olur.

Rasim Qaraca 90-cı illər ədəbi nəslinin önəmli imzalarından biridir.

O, 1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət "Mayak" və "İşıq" qəzetlərində işləyib. 1990-cı ildə Əli Bayramlıda (indiki Şirvan şəhəri) Azad Yaşar və İsmayıl Bayramoğluyla birlikdə "Baca" ədəbiyyat dərnəyini yaradıb, dərnəyin qeyri-rəsmi mətbuat orqanı olan "Yaşıl söz" bülletenini çap etdirib.

1994-2000-ci illərdə Rusiyada yaşayıb. 2000-ci ildə Bakıya qayıdıb və onun təşkilatçılığı ilə Azad Yazarlar Ocağı yaradılıb. 2001-2008-ci illərdə bu quruma rəhbərlik edib. 2002-ci ildən redaktoru olduğu "Alatoran" həftəlik ədəbiyyat-sənət bülleteni "Ədalət" qəzetinin əlavəsi kimi işıq üzü görməyə başlayıb. 2004-cü ildən "Alatoran" müstəqil jurnal kimi yayınlanmağa başlayıb.

Rasim Qaracanın ədəbiyyat və yazıçı münasibətlərində Sovet dövründən qalma ənənələrin yenilənməsi və demokratik modellərin Azərbaycana gətirilməsi sahəsində əhəmiyyətli fəaliyyət göstərib. Hekayə, şeir və tənqidi məqalələr yazır, tərcümə ilə məşğul olur. Öz yaradıcılığında ənənəvi üslubdan imtina edir, ədəbi eksperimentləri ilə tanınır.

O, həm də “Alatoran” nəşriyyatının rəhbəridir.

R.Qaracanın “Ölüm haqqında günəş”, “R hərfi olmayan aylar”, “Siz ey ordakılar”, “Gemiler Balıkların Bulutları” şeirlər, “Əyri evin qadını”, “Mənim həyatımı yaz” hekayələr, “11 gecə” roman kitabları, eyni zamanda “Azərbaycan arqo deyimləri” və tərcümə kitabları çap olunub.

Rasim Qaracanı 60 yaşının tamam olması münasibəti ilə təbrik edirik.

# 2340 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news