Rəsulzadənin real görüntüləri nümayiş olunacaq - Video

Rəsulzadənin real görüntüləri nümayiş olunacaq - Video
calendar 14 sentyabr 2020
clock 17:05

Qafqaz İslam Ordusu ilə bağlı sənədli film təqdim olunacaq. Azərbaycan Televiziyasında Qafqaz İslam Ordusunun Bakı zəfəri ilə bağlı sənədli filmin premyerası olacaq.

Kulis.az xəbər verir ki, “Qafqaz İslam Ordusu” adlı sənədli film bu gün, yəni sentyabrın 14-ü saat 21:30-da yayımlanacaq.

Sənədli filmdə tarixi hadisələrin bəziləri obrazlı formada nümayiş olunacaq. Filmdə real görüntülərdən də istifadə olunub. Belə ki, “Qafqaz İslam Ordusu”nda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin də real görüntüləri yer alıb. Bu görüntülər ilk dəfə AzTV-nin “Tarixin izi ilə” verilişində yayımlanıb.

Sənədli filmi AzTV-nin ictimai-siyasi proqramlar redaksiyasının “Tarix” şöbəsi hazırlayıb.

“Qafqaz İslam Ordusu” nun ssenari müəllifi Mahir Qəribov, rejissoru Mehparə Nəcəfova, layihə rəhbəri isə Sərvər Bayramovdur.

Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.


# 2655 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news