Rüstəm İbrahimbəyov nüfuzlu mükafta layiq görüldü

Rüstəm İbrahimbəyov nüfuzlu  mükafta layiq görüldü
calendar 5 mart 2020
clock 09:27

“Nika” Rusiya Kinematoqrafiya Sənətləri Akademiyasının vitse-prezidenti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycanın xalq yazıçısı Rüstəm İbrahimbəyov "Şərəf və ləyaqətə görə" "Nika"ya layiq görülüb.

Kulis.az xəbər verir ki, Rusiya milli kino mükafatının təqdimatı martın 29-da 33-cü mərasim zamanı baş tutacaq.

Hələlik isə eyniadlı kinoakademiyaya uzun illər rəhbərlik etmiş mərhum rejissor Eldar Ryazanovun adını daşıyan klubda kinematoqrafçılar toplaşıblar ki, səsvermənin ikinci mərhələsini gerçəkləşdirib qalan nominasiyaların seçimini etsinlər. Nominantlar arasında 4 nominasiya üzrə Kinoakademiyanın prezidenti Andrey Konçalovskinin “Günah” filmi də var.

Prezident səsvermədə iştirak etməyib. İdarəetmə “sükanı” bu dəfə də Yuliy Qusmanın əlində olub. Builki “Nika”ya namizədlər arasında nominasiya çoxluğu üzrə Andrey Smirnovun “Fransız” filmi liderlik edir.

“Nika” Rusiya Milli Kino Mükafatı 1987-ci ildə SSRİ Kinematoqrafçılar İttifaqının katibliyi tərəfindən təsis edilib. Mükafatın təsisçisi və bədii rəhbəri Yuliy Qusmandır.

“Şərəf və ləyaqətə görə” nominasiyasında “Nika”ya ötən illərdə Yuliy Rayzman, Nikolay Kryuçkov, İosif Xeyfits, Qriqoriq Çuxray, Vyaçeslav Tixonov, Aleksey Batalov, Sergey Yurskiy, Otar İoseliani və bir çox digər görkəmli kino xadimləri layiq görülüblər.

# 2009 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news