Sabah Bakıda Beynəlxalq Caz Festivalı başlayacaq

Sabah Bakıda Beynəlxalq Caz Festivalı başlayacaq
calendar 9 sentyabr 2021
clock 15:58

Sentyabrın 10-dan 18-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda XVI Beynəlxalq Caz Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, ikiillik fasilədən sonra keçirilən builki Bakı Caz Festivalı Azərbaycanın qəhrəman şəhidlərinin əziz xatirəsinə, eləcə də çətin zamanların ağırlığı altında əyilməyən caz musiqisinin ruhuna həsr olunur.

Bu il Bakı Caz Festivalı, həmçinin mövcud epidemioloji vəziyyət nəzərə alınaraq karantin qaydalarına uyğun şəkildə keçirilməsi ilə fərqlənəcək. Bütün çətinliklərə baxmayaraq, Bakı Caz Festivalı beynəlxalq səviyyədə qalır və dünyanın hər yerindən ən yaxşı musiqiçiləri öz ətrafına toplayaraq yüksək standartlara uyğun təşkil olunacaq.

Festivalın konsertləri “Beer Hall and Music Club” və “Art Tower Gallery”də, qala konsert isə sentyabrın 18-də “Shahdag Night Club”da keçiriləcək.

Bu il festivala Hollandiya, Macarıstan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan qruplar qatılacaq. Festivalda xarici həmkarları ilə birlikdə azərbaycanlı cazmenlər – Əməkdar artistlər Rain Sultanov, İsfar Sarabski, musiqiçilər Elbəy Məmmədzadə, Elvin Bəşirov, Diana Hacıyeva, Əfqan Rəsul, Nicat Aslanov və başqaları çıxış edəcəklər.

Bakı Caz Festivalı ənənəvi olaraq uzun illərdir keçirilən və artıq istedadlı musiqiçilər nəslini yetişdirən caz ifaçıları yarışmasına xüsusi diqqət yetirir. Builki festival çərçivəsində də gənc istedadlar üçün müsabiqə təşkil olunacaq.

Sentyabrın 10-da festival çərçivəsində azərbaycanlı rəssamlar Hüseyn Haqverdiyev, Bəhram Xəlilov, Rüstəm Hüseynov, Arif Quluzadə “İmprovised by İndustry” layihəsini təqdim edəcəklər. Sentyabrın 17-də isə dizayner Leyla Əhmədovanın moda nümayişi – caz mövzusunda tamamilə yeni bir kolleksiyası təqdim olunacaq.

Sentyabrın 11-12-də “İncəsənət qülləsi” (“Art Tower”) qalereyasında caz-kino proqramı – keçən əsrin əfsanəvi filmlərinin nümayişi olacaq.

Bu il də Bakı Caz Festivalının ayrılmaz hissəsi olaraq ustad dərsləri və cem-seyşnlər (jam-session) təşkil ediləcək.

Qeyd edək ki, Bakı Caz Festivalı axırıncı dəfə 2019-cu il 18–27 oktyabr tarixlərində “Daha çox caz, daha çox intellekt” şüarı altında keçirilmişdi.

# 1801 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news