Sabirin və Nizaminin büstləri təhqiramiz vəziyyətdə - Fotolar

Sabirin və Nizaminin büstləri təhqiramiz vəziyyətdə - Fotolar
calendar 22 noyabr 2019
clock 13:56

İmişli rayonunda yerləşən parkda Mirzə Ələkbər Sabirin və Nizami Gəncəvinin büstləri xoşagəlməz vəziyyətdədir. Hər iki şairin büstü baxımsız olmaqla yanaşı təhqir edilir.

Bu barədə Kulis.az-a şair Şəhriyar del Gerani məlumat verib. O, bildirib ki, Sabirin büstü qoyulan pleydstalın üzərində şairə aid heç nə qeyd olunmayıb. Sabirlə eyni taleyi paylşan Nizaminin büstü isə rayonun ən gözdən uzaq yerində qoyulub:

Gallery

“Sabirin büstü olan parkda Sabirə aid heç nə yoxdur. Kənardan baxanda adama elə gəlir ki, büst insanlar üçün yox, çayxanalar, dominoxanalar üçün qoyulub. Pleydstalın üzərində heç nə qeyd olunmayıb, eləcə bom-boş qalıb, Sabiri tanımayan uşaqlar da tualet ehtiyacını pleydstala daldalanıb ödəyirlər. Əslində bunları demək mənim üçün çox əzablıdır. Üfunətdən yaxın durmaq olmur Sabirin büstünə. Dəhşətli mənzərədir. İmişlidə isə bircə ədəd də olsun ictimai tualet yoxdur. Biabırçılıqdır. Belə olmamalıydı... Sabirin büstü layiqli yerə daşınmalıdır. Ya da o park çayxanalardan arınmalı, normal parka çevrilməlidir.

Gallery

Mənə çox maraqlıdır, İcra Hakimiyyəti Nizaminin büstünü niyə gizlədir. Hətta mən yerli adam, 20 min dəfə dolaşmışam İmişlini, ağac-ağac tanıyıram, di gəl, çayxanalar, dönərxanalar arasında büstü güclə tapdım. Bütün İmişli ziyalıları adından, öz adımdan xahiş edirəm bu işə bir əncam çəkilsin. Bu biabırçılıqdan canımız qurtarsın".

Gallery

Rayon ərazisində Nizami Gəncəvinin abidəsi də gözdən uzaq yerdə qoyulub. Şəhriyar del Geraninin məlumatına görə həmin abidə də Sabirin büstü qədər bərbad haldadır.

# 3052 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news