Şah Matda “İstehkam” olacaq

Şah Matda “İstehkam” olacaq
calendar 24 fevral 2020
clock 13:20

Şah Mat Teatrı “İstehkam” tamaşasını təqdim edəcək.

Kulis.az xəbər verir ki, fevralın 27-də Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində görkəmli yapon dramaturqu Kobo Abenin “İstehkam” əsəri əsasında hazırlanan eyni adlı tamaşanı tamaşaçılara təqdim edəcək.

Səhnə əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə nümayiş etdiriləcək.

Xalq yazıçısı Elçinin tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ümid Abbas, quruluşçu rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Aişə Həsənovadır.

Psixoloji-dram janrında hazırlanan tamaşada aktyorlar Mir Qabil Əkbərov, Azər Ayazoğlu, Əminə Cəfərova, Anar Bulud və Günel Abbas çıxış edir.

1 saat 15 dəqiqəlik tamaşa keçmiş silah zavodunun müdiri, psixoloji problemləri olan bir qocanın isteriya nəticəsində yaddaşını ara-sıra itirməsindən bəhs edir. Bunun səbəbini axtaran oğlu cavabsız suallarla baş-başa qalır. Tamaşa hər kəsin öz istehkamında müdafiə olunmağına baxmayaraq, hamının günahkar olduğundan bəhs edir.

# 2021 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news