Səfirimizin şeirlər kitabı Türkiyədə nəşr edildi

Səfirimizin şeirlər kitabı Türkiyədə nəşr edildi
calendar 18 dekabr 2019
clock 17:46

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tanınmış şair və publisist, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun “Gün aydın türk dünyası” adlı şeirlər toplusunu nəşr edib.

Topluda şairin seçmə şeiri cəmləşib.

Azərbaycan, türk, qazax, qırğız, özbək, türkmən və rus dillərində çap edilən kitabı nəşrə Hocagəldi Kultegin hazırlayıb.

Kitabda şair Hidayətin “Didərginlər”, “Bir qoşun əzrail”, “Köçmüş dağ kəndinin nəğməsi”, “Vətən” və s. şeirləri toplanıb. Adlardan da göründüyü kimi şair xalqının və vətəninin yaşadığı məşəqqətli hadisələri poeziya yaradıcılığı ilə nəsillərə çatdırır. “Didərginlər” şeiri təcavüzkar Ermənistan dövlətinin bu ölkənin vətəndaşı, yaşadıqları torpaqların ən qədim sakinləri olan soydaşlarımızın öz əzəli ata-baba yurdlarından deportasiyasını təsvir etdiyi kimi “Bir qoşun əzrail” isə 20 Yanvar faciəsinin amansızlığını əks etdirir.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov kitaba yazdığı “Ön söz”də şair Hidayəti 75 yaşı münasibətilə səmimi qəlbdən təbrik edərək əminliklə ifadə edib ki, o, bundan sonrakı yaradıcılığında da türk dünyası ədəbiyyatının inkişafına töhfələr verəcəkdir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Hidayət Orucovun bədii yaradıcılığında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin acı nəticələri, xalqımıza qarşı həyata keçirilən davamlı deportasiyalar, məruz qaldığımız təcavüzün ayrı-ayrı formaları ana xətt kimi qorunur./azertag.az/

Gallery

# 2201 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news