Şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb

Şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb
calendar 30 iyul 2021
clock 18:05

Bu günlərdə “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində yüksək poliqrafik üslubda hazırlanmış “Şəhidlik zirvəsi - Qobustan şəhidləri” adlı yeni kitab işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitab tanınmış şair-publisist Mətanət Ulu Şirvanlının şəhidlər haqqında yazdığı növbəti publisist təqdimatıdır. Kitab Birinci və İkinci Qarabağ döyüşlərindən bəhs edir. Müəllif kitabda erməni cəlladları tərəfindən torpağımızda törədilən cinayətlərdən bəhs edib, 30 illik vətən həsrətini qələmə alıb.

Qarabağı canı-qanı bahasına qoruyan qobustanlı döyüşçülərin xatirəsini yad edən yazıçı onların taleyini və döyüş yolunu elegiya janrında oxuculara təqdim edib.

Kitabda “Heç kim unudulmur, heç kim yaddan çıxmır” başlığı altında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsi rəisinin müavini Samil Əzizov, yazıçı Seyran Səxavət, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Rəşad Məcid, AYB-nin şöbə müdiri Sayman Aruz və yazıçı- dramaturq Elçin Hüseynbəylinin şəhidlərimiz haqqında fikirləri qeyd edilib, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda igidlik göstərən şəhidlərimiz böyük ehtiramla yad olunub.

Redaktoru tanınmış şair Hikmət Məlikzadə olan kitabda Vətən uğrunda canından keçmiş oğulların ömür yolu gənc nəslə əsl vətənpərvərlik nümunə kimi təqdim edilir.

# 2053 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news