Ssenari müsabiqəsinin qalibləri açıqlandı - Siyahı

Ssenari müsabiqəsinin qalibləri açıqlandı - Siyahı
calendar 18 mart 2021
clock 16:08

Azərbaycan Kinematoqrafçılar İttifaqının Qarabağ həqiqətlərini kinoda ifadəsi və dünya tamaşaçısına çatdırmaq məqsədi ilə elan etdiyi “Qarabağ. İnsan. Qələbə” ssenari müsabiqəsinin qalibləri müəyyən edilib.

Kulis.az xəbər verir ki, Rüstəm İbrahimbəyovun sədrliyi ilə, yazıçı, ssenarist Toğrul Cuvarlı, ssenarist, tərcüməçi Nəriman Əbdülrəhmanlı, rejissor, ssenarist Vaqif Azəryar, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əi İsa Cabbarovdan ibarət münsiflər heyəti müsabiqənin qaliblərini bu ardıcıllıqda təyin edib.

Birinci yer: “Daima birlikdə” (müəllif Çingiz Rəsulzadə)

İkinci yer: “Axırıncı palata” (müəllif Türkan Hüseynova)

Üçüncü yer: “Kaş” (müəllif Hacı Səfərov)

Xəbər verdiyimiz kimi, müsabiqəyə 40 iş təqdim edilib, 37 ssenari müsabiqəyə, 15 ssenari növbəti mərhələyə buraxılıb. Və ssenarilər qiymətləndirilərkən peşəkarlıq səviyyəsi ilə yanaşı, ssenarinin xarici tamaşaçının diqqətini çəkməsi amili əsas rol oynayıb. Çünki müsabiqə təşkilatçıları üçün Qarabağ həqiqətlərinin dünyaya çatdırılması əsas məqsəddir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki, ssenariləri dəyərləndirən zaman müsabiqənin konsepsiyasına uyğun olaraq Qarabağ müharibəsində insan taleyi prizmasından, ümümbəşəri dəyərlər nəzərindən ifadəsini üstün tutublar. Bundan başqa, qalib ssenarilər səmimiliyi, emosianallığı, real hadisələrin uğurlu bədii traktovkası ilə fərqlənib. “Daima birlikdə” ssenarisi Meyxoş Abdullanın “Alagöz” hekayəsi motivləri əsasında ,“Axırıncı palata” isə hərbi həkim Şirin Manafovun xatirələrindən ilhamlanaraq yazılıb.

HAŞİYƏ: “Qarabağ. İnsan. Qələbə” ssenari müsabiqəsi İttifaqın son ildə reallaşdırdığı ikinci ssenari müsabiqəsidir və İttifaq bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

AKİ katibliyi onu da qeyd edib ki, kiinomuzda istehsala buraxılan ssenarilərin mövzu rəngarəngliyi və struktur kamilliyi istiqamətində ciddi işin aparılmasına böyük ehtiyac var və ssenari müsabiqələrinin və kinodramaturgiya sahəsində təhsilin dəstəklənməsini bu sahədə dönüş yarada biləcək metodlardan sayır.

Xatırladaq ki, Kinematoqrafçılar İttifaqın Kino Məktəbində kino rejissorluğu və animasiya filmi rejissorluğu ilə yanaşı, Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə kinodramaturgiya kursu da fəaliyyət göstərir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsində iştirak edən bütün müəlliflərə təşəkkürünü bildirir və onlara yaradıcılıq uğurları arzulayır.

# 3063 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news