Ssenari müsabiqəsinin qısa siyahısı elan edildi

Ssenari müsabiqəsinin qısa siyahısı elan edildi
calendar 12 mart 2021
clock 14:02

Azərbaycan Kinematoqrafçılar İttifaqının Qarabağ həqiqətlərini kinoda ifadəsi və dünya tamaşaçısına çatdırmaq məqsədi ilə elan etdiyi “Qarabağ.İnsan.Qələbə” ssenari müsabiqəsinin qısa siyahısı elan edilib.

Bu barədə Kulisa.aza Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər. Katiblikdən qeyd edilib ki, ssenarilər qiymətləndirilərkən peşəkarlıq səviyyəsi ilə yanaşı ssenarinin xarici tamaşaçının diqqətini çəkməsi amili əsas rol oynayıb. Çünki müsabiqə təşkilatçıları üçün Qarabağ həqiqətlərinin dünyaya çatdırılması əsas məqsəddir.

Xatırladaq ki, müsabiqəyə 40 iş təqdim edilib, 37 ssenari müsabiqəyə buraxılıb, 15 ssenari növbəti mərhələyə buraxılıb.

Müsabiqənin qalibləri 18 mart tarixində elan ediləcək. Qərar qəbul etmiş münsif üzvlərinin adları da həmin tarixdə açıqlanacaq.

“Qarabağ.İnsan.Qələbə” ssenari müsabiqəsinin qısa siyahısı

Abdullayev Elvin – Kapitan Fərhadın Odisseyası
Dadaşov Nicat – Sahibin evi
Hüseynova Türkan – Axırıncı palata
Rəsulzadə Çingiz – Daima birlikdə
Səfərov Hacı – Kaş

Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsində iştirak edən bütün müəlliflərə təşəkkürünü bildirir və onlara yaradıcılıq uğurları arzulayır.

# 2265 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news