Süleyman Rəhimova həsr olunmuş kitab sərgisi açıldı

Süleyman Rəhimova həsr olunmuş kitab sərgisi açıldı
calendar 18 mart 2020
clock 18:19

Martın 22-də Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 120 ili tamam olur.

Azərbaycanın görkəmli ziyalılarından biri kimi tanınan, nəinki öz ölkəsində, keçmiş SSRİ məkanında da adı hörmətlə çəkilən, nəsr əsərləri ilə milyonlarla oxucunun sevimlisinə çevrilən Süleyman Rəhimov 83 il ömür sürüb. Milli Kitabxana respublikada yaranmış vəziyyətlə əlaqədar oxuculara yalnız onlayn rejimdə xidmət etdiyi üçün ənənəvi sərgilərini virtual sərgi ilə əvəzləyib.

Bu məqsədlə Milli Kitabxanada görkəmli ziyalı Süleyman Rəhimovun anadan olmasının 120 illiyi ilə əlaqədar “Süleyman Rəhimov-120” adlı virtual kitab sərgisi təşkil edilib.

Virtual sərgidə müəllifin həyat və yaradıcılığını əks etdirən şəkillər, görkəmli şəxsiyyətlərin yazıçı haqqında fikirləri, yazıçının azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, müəllif haqqında yazılan kitablar və digər sənədlər təqdim olunur. Saytımızın “Elektron kataloq və elektron kitabxana” bölməsində tam elektron mətni olan kitabların biblioqrafik təsvirindən sonra onların linkləri də verilib. /azertag.az/

# 2253 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news